Termiki emal
Termiki emal - metal və onun xəlitələrinin müəyyən temperatura qədər qızdırıb və soyutmaqla onun daxilində baş verən struktur dəyişikliyinin köməyi ilə məqəsdyönlü mexaniki xassələrin əldə edilməsinə xidmət edən üsuldur. Metalın mexaniki emal prosesində istiliyin təsirindən yaranan struktur dəyişikliyi buraya aid edilmir, çünki bu halda termiki proses məqsədyönlü baş vermir.
Maşınqayırmada termiki emal metal, əsasən isə dəmir tərkibli hissələrin mexaniki xassələrini yaxşılaşdırmaq məqsədi ilə geniş tətbiq olunur. Metal hissələrinin müxtəlif parametrlərdə qızdırıb-soyutduqda onun daxilində istənilən xasəəyə malik və dispersiyalı fazaların yaranması və sonrakı mərhələlərdə saxlanması məqsəd kimi qoyulur. Termiki emal üsulunun tətbiqi ilə ucuz, aşağı xassəli metalın göstəricilərini əsaslı şəkildə artırmaq mümkündür. Poladların xassələri onun tərkibindəki legirləyici elementlərlə müəyyən olunsa da, bu elementlərin təsiri yalnız termiki emaldan sonra özünü açıq şəkildə büruzə verir.
Termiki emal prosesinin əsas parametrləri maksimal qızdırma müddəti (tmax), həmin temperaturda saxlama müddəti (ts), qızma və soyuma müddətləri (tq, tsoy), həmçinin bu mərhələlərdə mövcud olan sürətlərdir (Vq, Vsoy).
Termiki emalın aşağıdakı əsas növləri mövcuddur:
Yumşaltma ilkin emaldan sonra qeyri-müvaiznət struktura malik metalı qızıdırmaqla müvazinət struktura gətirməyə xidmət edən termiki emal prosesidir.
Tablama metalı faza çevrilməsi temperaturundan yuxarı temperaturuna qədər qızdıraraq, sürətlə soyutma nəticəsində onun daxilində qeyri-müvazinətli strukturun əldə olunması üçün tətbiq olunan termiki emal prosesidir.
Tabəksiltmə tablanmış metalı faza çevrilməsi temperaturundan aşağı temperatura qədər qızıdırmaqla daha dayanıqlı hala gətirmək üçün tətbiq olunur .